25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
AZSABAH.COM-a bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.
FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
AZSABAH.COM xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.
Məlumata görə, partlayışdan sonra evdə yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.
İlkin məlumata görə, dağıntılar altında qalan iki nəfər xilas edilib. Onlardan biri uşaq, digəri isı qadındır.
Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.