SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ PARTLAYIŞ BAŞ VERDİ

Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.

AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.