SON DƏQİQƏ: Azərbaycanda dəhşətli hadisə - XEYLİ SAYDA YARALI VAR

26.09.2022 10:39
2917
Tecili yardim Azsabah.com

Ağstafada mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan 3 nəfərinin vəziyyəti ağır, 12-nin isə durumu orta ağırdır.

AZSABAH.COM-a bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. 

“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.

***

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxşın şəxs xəsarət alıb.

AZSABAH.COM-un "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistiral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.