SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ, XEYLİ SAYDA ÖLƏN VAR - FOTO/VİDEO

04.09.2022 18:26
7963
Tecili yardim Azsabah.com

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Ağayeva Şəfiqə Rəhim qızı, Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Qəza zamanı 8 nəfər ölüb: Xəlilova Dilarə İslam qızı, Həşimova Sərvər Əhməd qızı, Axundova Saray, AğayevaTəcrübə, Cəfərova Güldəstə,
Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

16:31


Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.