SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏT - Polis 25 yaşlı QIZI VƏ ÖZÜNÜ GÜLLƏLƏDİ

20.05.2021 15:01
19796

Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirmiş, özü isə intihara cəhd edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Loading...