SON DƏQİQƏ: Azərbaycanda daha bir icra başçısı saxlanıldı - DTX AXTARIŞ APARIR/FOTO

05.05.2020 12:42
1208

Mötəbər mənbələrdən verilən xəbərə görə, bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar.

AzSABAH.COM Musavat.com-a istinadla xəbər verir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetndə axtarış aparırlar.


Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir. 

V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.

Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub.

İH başçısının və müavinlərinin sonrakı taleyi haqqında məlumat veriləcək.

Loading...