SON DƏQİQƏ: Azərbaycanda bu rayonlarında güclü zəlzələ BAŞ VERDİ

22.10.2020 18:33
51

Oktyabrın 22-də Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə - Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

AZSABAH.COM-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Loading...