SON DƏQİQƏ: Azərbaycanda ardıcıl 5 GÜN İŞ OLMAYACAQ - QƏRAR İMZALANDI

20.10.2023 12:03
5318
Teqvim

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

AZSABAH.COM xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.