SON DƏQİQƏ: Azərbaycanda ard-arda İKİ ZƏLZƏLƏ BAŞ VERDİ

24.03.2023 13:17
7115
Zelzele
Azərbaycanın daha bir rayonunda 4 maqnitudada zəlzələ olub. 

AZSABAH.COM xəbər verir ki, bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yeraltı təkanlar Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.  

***

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.

AZSABAH.COM-a bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.