SON DƏQİQƏ: Azərbaycanda 400-dən çox şəxs KORONAVİRUSA YOLUXDU, ÖLƏNLƏR VAR - REKORD GÖSTƏRİCİ

19.06.2020 19:59
955

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 438 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Loading...

close
close