SON DƏQİQƏ: Azərbaycanda 2 yüksək vəzifəli MƏMUR HƏBS EDİLDİ

09.05.2020 19:21
1747

Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

AzSABAH.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Rafiq Abbasov və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Loading...