SON DƏQİQƏ: Azərbaycan Rusiya hərbi HELİKOPTERİNİ VURDU - RƏSMİ

09.11.2020 21:40
98971

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

AZSABAH.COM-a bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.

Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, vertolyot bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib.

Loading...