SON DƏQİQƏ: Azərbaycan ordusu Sotk qızıl yatağını GERİ QAYTARDI - FOTO

26.11.2020 21:48
41397

Azərbaycan ordusu erməniləri Sotk qızıl yatağından çıxarıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Deməli, ermənilər Kəlbəcərin işğalından sonra “dövlət sərhədini” dəyişdirərək, qızıl yatağını “Ermənistan ərazisinə daxil ediblər”. Ki, nə vaxtsa Kəlbəcəri qaytarmalı olsalar, yataq onlarda qalsın.

Azərbaycan da beynəlxalq hüquqdan tanınmış dövlət sərhədinə uyğun olaraq ermənilərin qanunsuz qurduğu “sərhəd qapısını” keçərək, real sərhədi bərpa edib.

Bu, “qızıl yatağımız Ermənistanda qaldı” məsələsinin həlli deməkdir.


Loading...