SON DƏQİQƏ: Azərbaycan Ordusu bu istiqamətində XEYLİ İRƏLİLƏDİ - Ermənilər ŞOKDA

12.05.2021 20:13
6035

Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.

AZSABAH.COM xəbər verir ki, bunu Goris icmasının (Ermənistanın Sünik bölgəsi) rəhbərinin müavini Menua Hovsepyan bildirib.

Onun sözlərinə görə, atışma yoxdur, Azərbaycan ordusunun əvvəlki mövqelərinə çəkilməyə məcbur etmək üçün danışıqlar aparılır.

Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.

Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.

Ermənistan mətbuatı yazıb ki, Vanadzorda xidmət aparan Ermənistan ordusuna həyəcan siqnalı verilib. Erməni birləşmələri təcili Zəngəzur istiqamətinə göndərilir.

Loading...

close
close