SON DƏQİQƏ: Azərbaycan əsgəri HƏLAK OLDU

30.06.2022 11:43
240
photo_77757651

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Report" hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Hadisə dünən, iyunun 29-da baş verib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi prokurorluqda istintaq aparılır.