SON DƏQİQƏ: AĞIR İTKİ ÜZ VERDİ - Məşhur aktyor VƏFAT ETDİ - FOTO

25.08.2021 17:32
5567

Türkiyəli aktyor Metin Çekmez müalicə olunduğu Aydın Atatürk Dövlət Xəstəxanasında dünyasını dəyişib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Uzun müddətdir xərçənglə mübarizə aparan aktyor 76 yaşında dünyasını dəyişib.

Metin Çekmezin ölümü sənətçi dostlarını sarsıdıb, onlar duyğularını sosial media hesablarında ifadə ediblər.

Qeyd edək ki, teatr karyerasına "Hamlet" tamaşası ilə 1962-ci ildə başlayan Metin Çekmez xüsusi jurnalistika məzunudur. O, "Min bir gecə", "Adını Feriha qoydum" və s. çox sayda film və seriallarda çəkilib.


Loading...