SON DƏQİQƏ: AĞIR İTKİ ÜZ VERDİ - Məşhur aktyor VƏFAT ETDİ (FOTO)

06.09.2021 18:50
14133

Məşhur fransalı aktyor Jan-Pol Belmando vəfat edib.

AZSABAH.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

Aktyor 88 yaşında dünyasını dəyişib.

1933-cu ildə Parisdə dünyaya gələn aktyor 1957-ci ildə ilk filminə çəkilib. Ona məşhurluğu isə Jan-Lyuk Qodarın “Son nəfəsdə” filmi gətirib. Bundan sonra bir çox macəra və komediya filmlərində yer alan aktyor ümumilkdə 81-dən çox filmdə oynayıb.

O, ən yaxşı kişi roluna görə 1989-cu ildə “Sezar” mükafatı laureatına, 2011-ci ildə "Qızıl Palma budağı" mükaftına, 2016-cı ildə isə "Qızıl şir" mükafatına layiq görülüb. Fəxri Legion ordeninin komandoru olub.


Loading...