SON DƏQİQƏ: ABŞ ÇALXALANIR - Küçələr yerlə-yeksan edilir, ordu xalqın üstünə yeridildi

31.05.2020 22:30
236

ABŞ Prezidenti Donald Tramp ABŞ-dakı aksiyaları yatırmaq üçün Milli Qvardiyaya çağırış edib.

AzSABAH.COM xəbər verir ki, Tramp afroamerikalı Corc Floydun polis zorkılığı nəticəsində öldürülməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün Milli Qvardiya ilə yanaşı qubernator və merləri də cəlb etməyi planlaşdırır.

Qeys edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyaları şiddətlənib.

Yüz minlərlə insanın küçələrdə polislə qarşıdurma yaşadığı ölkədə şəhərlər yerlə yeksan edilir. Polis maşınları yandırılır.

Xatırladaq ki, hazırda Milli Qvardiyanın, təxminən beş min hərbçisi bir neçə ştatda iğtişaşların yatırılmasında iştirak edir.


Loading...

close
close