Bu gecə baş nazirin sabiq müavini Abid Şərifovun yeganə oğlu - Elçin Şərifov vəfat edib.
AZSABAH.COM xəbər verir ki, bu barədə ANS Press məlumat yayıb.
Elçin Şərifov həm də keçmiş OMON komandiri Rövşən Cavadovun kürəkəni idi. O, uzun illər əvvəl iflic olmuşdu.
Manset.az-ın əldə etdiyi məlumata görə, Abid Şərifovun vəfat edən oğlu Elçin Şərifov uzun illər Azərbaycn Beynəlxalq Bankının Abşeron filialının müdiri vəzifəsində çalışıbmış.