SON DƏQİQƏ: Qarabağdan ağır hərbi texnikalar çıxarılır - Paşinyan ƏMR İMZALADI

13.12.2022 12:48
3589
Pasinyan

“Paşinyan Qarabağdan ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı əmr edib”

Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonundakı RMK-nın müvəqqəti məsuliyyət zonasından ağır hərbi texnikanın “böyük” partiyasını çıxarıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Hraparak”ın İrəvan nəşri yazır.

“Qarabağdakı mənbələrimizdən öyrəndik ki, Paşinyan İlham Əliyevin növbəti tələbini yerinə yetirərək, Əliyevə silahlanmadığını sübut etmək üçün Qarabağdan ağır hərbi texnikanın böyük partiyasını geri çəkməyi tapşırıb”, – deyə erməni nəşri yazır.