SON DƏQİQƏ: Qorbaçov öldü

31.08.2022 00:32
2594
Qorbacov

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb.

AZSABAH.COM-un xəbərinə görə,

Mərkəzi Klinika Xəstəxanası bildirib ki, Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.