Şölə İsmayılova vəfat etdi - FOTO

27.10.2023 15:00
3880
653b988564513202310230125

Azərbaycan Tibb Universitetinin tibb elmləri namizədi, dosent Şölə İsmayılova vəfat edib.

AZSABAH.COM azxəbər-ə istinadla bildirir ki, mərhum elm adamı ötən gün 91 yaşında vəfat edib.

Şölə İsmayılova 1933-ci ildə Qazax şəhərində anadan olub. 1941-1951-ci illərdə Qazax Şəhər 1 saylı orda məktəbdə oxuyub və məktəbi qızıl medalla bitirib.

1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə qutarıb. Təyinatla Bakı şəhəri Doğum evinə həkim təyin edilib. 
O, 1970-cı ildə Azərbaycan Dövlət Tibb İnstituna assistent seçilib və 1978-ci ildə Kazan şəhərində disertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.
1981-ci ildən bu günə kimi Azərbaycan Dövlət Tibb Universitetində mamalıq-ginekologiya kafedrasında dosent kimi çalışır. Həmçinin həkimlik fəaliyyətini doğum evində davam etdirir.
Şölə İsmayılova 1961-ci ildə "Ali dərəcəli həkim", 2008-ci ildə isə "Respublikanın əməkdar həkimi" kimi fəxri adlara layiq görülüb.
Onlarla elmi məqalənin, səmərələşdirici təklifin müəllifir.
Bir sıra dövlət və hökumət mükafatları var.

AZSABAH.COM

Məqaləyə dair fotomateriallar: