ŞOK XƏBƏR: Vəba xəstəliyi qonşumuza çatdı - ÇOX SAYDA ŞƏXS...

23.06.2022 14:13
2507

İranın qərbində yerləşən Kürdüstan vilayətində 10 nəfər vəba xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

AZSABAH.COM xəbər verir ki, bunu İranın Kürdüstan vilayəti Tibb Elmləri Universitetinin rektor müavini Fərzam Bidarpur deyib.

Xəstələrin ümumi vəziyyəti qənaətbəxşdir. Analizlərin cavabları bir neçə gün ərzində bəlli olacaq.

F.Bidarpur əlavə edib ki, əhaliyə xam sudan istifadə etməmələri haqda xəbərdarlıq edilib. Həmçinin restoranlarda tərəvəz və göyərtilərin verilməsi qadağan olunub.

Loading...