ŞOK XƏBƏR GƏLDİ: Azərbaycan əsgəri gecə yarısı avtomatla özünü güllələyərək öldürdü

14.07.2022 10:34
299
photo_52506906

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.