ŞOK XƏBƏR: Bakıda 2 saatdan sonra 6,1 bal zəlzələ olacaq?

04.07.2023 01:21
6298
Zelzele
Xəbər verdiyimiz kimi, bu gün saat 00:01-də Xəzərin şimal akvatoriyasında, yerin 20 km dərinliyində zəlzələ baş verib və yeraltı təkanlar Bakıda daxil olmaqla, Azərbaycanın xəzər sahili ərazilərində ciddi şəkildə hiss edilib.

AZSABAH.COM Axar.az-a istinadən xəbər verir ki, hazırda sosial şəbəkələrdə yeni zəlzələ dalğasının olacağı barədə məlumatlar yayılır. Hətta saatına qədər də qeyd edirlər: 02:21-də 6,1 bal, 04:21-də 5,8 bal, 06:32-də isə 6 bal zəlzələ olacağı “xəbərdarlığı” edilir.

Zəruri olaraq qeyd edək ki, bu xəbərdarlıqların heç bir əsası yoxdur. Əvvəla, zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil.

İkincisi, zəlzəlınin ikinci dalğası – təkanların geri qayıtması birinci dalğadan ən pis halda 1 bal aşağı olur. Bu kontekstdə, əgər 5,7 bal zəlzələ baş veribsə, ikinci təkan 4,7 baldan çox ola bilməz ki, episentr Xəzər dənizinə düşdüyü üçün bunun Bakıda ciddi hiss edilməyəcəyi şübhəsizdir.

Əlbəttə, güclü zəlzələlərdən sonra kiçik avterşokların olması təbiidir və yəqin ki, o avterşoklar hazırda da davam edir. Ancaq bunu heç kim hiss etmir.