ŞOK XƏBƏR: Azərbaycanda yaralı HƏRBÇİ ÖZÜNÜ ÖLDÜRDÜ - FOTO

06.01.2021 23:52
2953

Sosial şəbəkələrdə yayılan məlumata görə, qazi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda özünü asaraq intihar edib.

AZSABAH.COM xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumatı təsdiqləyib.

O bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. / News24.


Loading...