ŞOK QƏRAR: Rusiya ilə hərbi müqavilə LƏĞV EDİLDİ - Bundan sonra...

10.08.2022 23:19
10151
Putin

Filippin Rusiyadan 16 ədəd “Mi-17” helikopterinin alınması ilə bağlı müqaviləni ləğv etmək qərarına gəlib.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Filippinin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Arsenio Andolonq bildirib.

Onun sözlərinə görə, ölkə bununla bağlı rəsmi Moskva ilə diplomatik dialoqa başlamağa hazırlaşır.

Xatırladaq ki, iyulun sonunda Filippinin keçmiş milli müdafiə naziri Delfin Lorenzana bildirib ki, ölkə hökuməti ABŞ-ın sanksiyalarından ehtiyat edərək Rusiya helikopterlərini almaqdan imtina etmək qərarına gəlib.