ŞOK OLAY: ermənilər polisin gözü önündə Muradı BELƏ GÜLLƏLƏDİ - ANBAAN VİDEO

13.06.2022 11:56
297
photo_35969700
Vladiqafqaz xəstəxanasında polisin gözü qarşısında qətl törədilib.

AZSABAH.COM Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan müştərisi 35 yaşlı Osmanov Muradla mübahisə edib və Murad qocanı qarnından bıçaqlayıb. Osmanov saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz xəstəxanasına aparılıb.

Amma artıq yarım saatdan sonra Murad da polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. Saxlanılarkən onun qolu yaralanıb.

Həmin vaxt xəsarət alan erməni taksi sürücüsünün çoxsaylı qohumları artıq klinikada olublar.

Əvvəlcə dəhlizdə, polisin gözü qarşısında taksi sürücüsünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib, sarğı qoyublar. Amma Osmanov təcili yardım otağında oturarkən taksi sürücüsünün oğlu da onunla qarşılaşaraq döş və mədə nahiyəsinə bıçaq zərbələri endirib, erməninin başqa bir qohumu isə tapança ilə Muradı güllələyib.

Nəticədə Osmanov reanimasiyada dünyasını dəyişib.