ŞOK HADİSƏ: Azərbaycanda toyda qan töküldü

31.07.2022 10:10
211
photo_41199371

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

AZSABAH.COM-un "Report"a istinadla məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb