ŞOK HADİSƏ: 11 yaşında hamilə qalan qız UŞAQ DÜNYAYA GƏTİRDİ

23.11.2022 23:13
4872
Hamile
Gürcüstanın paytaxtı Tbilisidə 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirib.

AZSABAH.COM APA-ya istinadla xəbər verir ki, Birinci Universitet Klinikasının həkimi Lali Turdzladze “Ambebi” portalına açıqlamasında ana və körpənin vəziyyətinin yaxşı olduğunu bildirib. Yeniyetmənin bir neçə saat əvvəl Rustavidən paytaxta çatdırıldığı açıqlanıb. Azyaşlının hamilə qalarkən 11 yaşının olduğu və 6-cı sinifdə oxuduğu açıqlanıb. Məlumata görə, körpənin atası da azyaşlıdır.

Seksual xarakterli cinayət faktı ilə bağlı araşdırmalara başlanılıb.