ŞOK: Görün Azərbaycanda neçə nəfər oğlana Paşinyanın ADINI QOYUB - Rəsmən AÇIQLANDI

06.04.2022 12:28
250
photo_17147025

Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Modern.az Ədliyyə Nazirliyindən məlumat əldə edib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə  – 44 günlük Vətən müharibəsi dövründə daha “populyarlaşdı”. Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə  Nikolas adı verilib.