ŞOK ƏMƏLİYYAT: hökumətin içərisindəki rus agent şəbəkəsi İFŞA EDİLDİ - VİDEO

21.06.2022 13:48
221
photo_60033606

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Nazirlər Kabinetinin, Ukrayna Ticarət və Sənaye Palatasının rəsmilərinin də daxil olduğu rus agent şəbəkəsini ifşa edib.

AZSABAHA.COM xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Kiyevdə keçirilən çoxmərhələli xüsusi əməliyyat nəticəsində Nazirlər Kabinetinin katibliyinin şöbə müdiri, Ticarət və Sənaye Palatasının direktorluqlarından birinin rəhbəri saxlanılıb.

“Bu məmurlar müxtəlif kəşfiyyat məlumatlarını düşmənə ötürüblər. Bura müdafiə vəziyyətindən tutmuş dövlət sərhədinin təşkilinə və Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəxsi məlumatlara qədər olan informasiyalar daxildir”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan UTX xeyli sayda rus agentini və ya hərbi sirrləri yayan vətən xainlərini ifşa edən əməliyyatlar reallaşdırıb.