ŞOK: Çağırış yaşı dəyişdirilir - TƏLƏBƏLƏR DƏ ORDUYA APARILACAQ

19.03.2023 23:08
7181
64175e468aa65202303231102
Britaniya kəşfiyyatı Rusiyanın hərbi xidmətə çağırış yaşını dəyişdirmək planlarını daha çox təlim keçmiş ehtiyatda olan hərbçilərə sahib olmaq və indi ali təhsil sayəsində ordudan yayınanları məcbur etmək istəyi ilə əlaqələndirib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin martın 18-nə olan kəşfiyyat icmalında deyilir.

Kəşfiyyat xatırladır ki, martın 13-də Dövlət Dumasında kişilər üçün çağırış yaşının 18-27 yaşdan 21-30 yaşa dəyişdirilməsini təklif edən və qəbul olunacağı ehtimal edilən və 2024-cü ildə qüvvəyə minəcək qanun layihəsi ortaya çıxıb. Analitiklər xatırladıblar ki, Rusiya ildə iki dəfə hərbi xidmətə çağırış keçirir və ən azı rəsmi olaraq çağırışçılar Ukraynada hərbi əməliyyatlarda iştirak etmirlər. Lakin onların ən azı bir neçə yüz nəfəri təzyiq altında müqavilə imzalamış kimi görünür.

Çağırış yaşının dəyişdirilməsi planları onunla əlaqələndirilir ki, indi bir çox gənclər universitet tələbəsi olduqlarını əsas gətirərək ordudan yayınırlar.

“Çox güman ki, hakimiyyət hərbçilərin sayını artırmaq üçün yaş həddini dəyişdirir, belə ki, tələbələr xidmət etməyə məcbur olacaqlar”, - məlumatda vurğulanıb.