ŞOK: Azərbaycanda bu kəndə GİRİŞ-ÇIXIŞ BAĞLANDI - VİDEO

15.08.2022 22:59
8055
62fa971daf700202208225733

Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar. Onlar bu addımı kənd yollarında xüsusilə şənbə-bazar günlərində yaşanan sıxlığa görə atdıqlarını bildiriblər.

AZSABAH.COM xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, turistlərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb ediblər.

Sakinlərin sözlərinə görə, şənbə və bazar günləri kəndə səfər edən turistlərin sayı adi günlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə çox olur. Qonaqlar avtomobilləri ilə kənddə gəzəndə sakinlərin hərəkəti çətinləşir. Ona görə də sakinlər kəndin girişində parklanma sahəsinin yaradılmasını istəyirlər.

Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin istəyi nəzərə alınaraq Laza kəndinin girişində yer ayrılıb.

''Yaxın günlərdə işlər tamamlanaraq parklanma yeri kimi istifadəyə veriləcək'', - deyə məlumatda bildirilib.

AZSABAH.COM mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: