70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

08.02.2024 09:06
382
65c461e11b4a0202402240849

Uqandanın paytaxtı Kampalada 70 yaşlı Safina Namukwaya biri oğlan, biri qız olmaqla əkiz uşaq dünyaya gətirib.

Azsabah.com bildirir ki, xəstəxanadan verilən açıqlamada, doğumun təkcə tibbi bir uğur olmadığı, həm də insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu ifadə edilib.

Afrikanın ən yaşlı doğum edən qadın olduğu təxmin edilən Namukwayanın bir müddətdir müalicə aldığı və qadının ilk dəfə ana olduğu bildirilib.

Namukwaya illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən az dəyər gördüyünü deyib.

Ana Namukwaya və körpələrinin səhhəti yaxşıdır.