Şimşək, yağış, dolu... - SABAHIN HAVASI

26.09.2020 12:10
537

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz  23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.   

Sentyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.

Loading...

close
close