Şimali Koreya ilə Cənubi Koreya müharibəyə doğru - Qoşun yeridildi

17.06.2020 09:21
168

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında gərginlik artmaqda davam edir.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan (Almaz dağları) kurort zonası ətrafına qoşun yeridir. 

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu addım ölkənin milli təhlükəsizliyini qorumaq üçün atılıb.

Bundan əvvəl, Şimali Koreya hakimiyyəti Keson şəhərində rəsmi Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partladıb. 

Loading...

close
close