Çində ötən gün axşam yerli vaxtla 21:47-də Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində baş verən 5 bal gücündəki zəlzələ nəticəsində 4 nəfər ölüb.
AzSABAH.COM xarici mediaya istinadla xəbər verir ki, episentri 8 kilometr dərinlikdə olan zəlzələ zamanı 23 nəfər xəsarət alıb.
Zəlzələdən sonra xilasetmə əməliyyatları başlayıb, uçmuş binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib.