Səyyad Əlizadənin dəfninə TƏKCƏ BU MÜĞƏNNİ GƏLDİ - FOTO

01.10.2021 16:44
7306

Müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin morqundan doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

AZSABAH.COM lent.az-a istinadən xəbər verir ki, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb. 

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə ötən gecə dünyasını dəyişib. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.


Loading...