Bu sözləri müğənni Roza Zərgərli“Xəbərin var?” verilişində deyib. O bildirib ki, sevəcəyi şəxs imkanlı olmalıdır:
“Yanımda olmaq istəyən bir kişi məndən qat-qat artıq pul qazanmalıdır. Sevəcəyim şəxs minimum milyonçu olmalıdır. Mənim kimi qadını “daşımaq” çox çətindir. Ona görə də, ağ atlı şahzadələri anlayıram. Mənə heç bir kişi bu yaşımda qadağa qoya bilməz. Qadağa qoyan bir insan var idi, o da atam idi. Atam da dünyasını dəyişdi. Atamdan bir də Allahımdan başqa heç kimdən çəkinməmişəm”.