Sərkisyandan ŞOK AÇIQLAMA: Azərbaycan əsgəri artıq Şuşada...

06.11.2020 10:48
85640

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın ofisi Ermənistan Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumatlar verməkdə ittiham edib.

AZSABAH.COM Axar.az-a istinadən xəbər verir ki, Sərkisyan müraciətində Artsrun Ovannisyanın açıqlamalarının reallıqla heç bir bağlılığının olmadığını bildirib.

“Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir. Düşmən Şuşada olduğu zamanda reallığı təhrif etmək və doğru olmayan rəqəmlər vermək olmaz”, – deyə bəyanatda yer alıb.

Qeyd edək ki, Ovannisyan ötən gün rəsmi açıqlamasında Azərbaycan Ordusunun hər bir əsgərinin üstündə dövlət bayrağı olduğunu, diversiya qrupunun Şuşada Azərbaycan bayrağı ilə şəkil çəkdirməsinin mümkünlüyünü bildirmişdi. Onun sözlərinə görə, bu, informasiya təxribatı üçündür, əslində isə Azərbaycan əsgəri Şuşada Azərbaycan bayrağı ilə şəkil çəkdirəndən sonra “çıxıb gedirlər”.

Ovannisyanın bu açıqlaması birmənalı qarşılanmamışdı.

Loading...