Sərhədlər BU TARİXDƏ AÇILACAQ - Elan EDİLDİ

13.05.2020 14:07
1261

Almaniya və Avstriya hökumətləri iyunun 15-dən koronavirus pandemiyası ilə əlaqədar bağlanmış sərhədləri tam açmağı planlaşdırır.

AzSABAH.COM xəbər verir ki, sərhədlərin açılması proqramını artıq Almaniya kansleri Angela Merkel təqdim edib.

Qeyd olunur ki, bu gündən etibarən iki ölkə arasında Bavariya federal torpağı ilə Yuxarı Avstriya federal torpağı arasında kiçik sərhəd keçid məntəqələri açılıb. Yaxın zamanlarda Tirol və Zaltsburqda da bu cür məntəqələrin açılması gözlənilir.

Gələn ayın ortalarında iki ölkə arasında sərhədlərin tam açılması nəzərdə tutulur.

Loading...