Sərhəddə güclü zəlzələ BAŞ VERDİ

25.06.2020 15:44
233

İranın şimal-qərbində, Türkiyə ilə sərhəddə güclü zəlzələ baş verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə İranın Seysmologiya Mərkəzinin yaydığı məlumata görə, ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ 5,3 bal gücündə olub.

Məlumata görə, zəlzələnin episentri Qərbi Azərbaycan əyalətində, Katur kəndindən 22 kilometr, Təbrizdən isə 139 kilometr məsafədə olub. 

Yeraltı təkanlar yerli vaxtla saat 14:33-də qeydə alınıb. Tələfat barədə məlumat yoxdur.

Loading...

close
close