Sərhəddə DƏHŞƏTLİ DÖYÜŞLƏR: xeyli sayda ÖLÜ VƏ YARALI VAR

18.09.2022 10:09
10858
6324213f3707b202209220951
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

Şənbə günü Tacikistan və Qırğızıstan bir-birini atəşkəsi pozmaqda ittiham edib. Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, silahlı toqquşmalar nəticəsində 24 nəfər həlak olub. Respublikanın Fövqəladə Hallar Nazirliyi 136 mindən çox vətəndaşın münaqişə zonasından təxliyə edildiyini bildirib.

***

Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.

Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.

Agentliyin məlumatına görə, artıq 177 ton humanitar yardım Batken bölgəsinə çatdırılıb və daha 160 ton humanitar yardımın Bişkekdən göndərilməsi gözlənilir.

Loading...