Sentyabrda Azərbaycanda bu qadağalar QÜVVƏYƏ MİNƏ BİLƏR - ELAN EDİLDİ

16.08.2022 12:06
4470
karantin azsabah.com

"Əgər yoluxanların sayı ciddi artımla davam edərsə, tədbirlərin görülməsi mütləq olacaq. Çünki burada məsələ insanların sağlamlığından gedir".

AZSABAH.COM xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim Aytən Ziyadova bildirib.

Həkim əlavə edib ki, sentyabr və oktyabr aylarında məktəblər başlayacaq və qapalı ortamlarda insanların sayı çoxalacaq: "Yəqin ki, ən azı qapalı ortamlarda insanların maskadan istifadəsi nəzərdə tutulmalıdır. Əks halda qapalı məkanlarda yoluxma sayı birbaşa artımla müşahidə ediləcək".

Ətraflı videomaterialda izləyə bilərsiniz: