SENSASİYA: Xudafərin zolağında terror təhlükəsi və İranın sərhəd dəyişikliyi cəhdi - Rəsmi Bakının CAVABI NƏ OLACAQ?

26.09.2022 13:00
7385
İran
"İran rejimi etirazları yatırmaq məqsədilə iki istiqamətdə hərəkət edir: öz tərəfdarlarını “muzdlu terrorçular və xaos yaradanlar” adlandırdığı etirazçılara qarşı qaldırır; “terror aktları ssenarisini” aktivləşdirir".

AZSABAH.COM xəbər verir ki, bunu siyasi analitik Asif Nərimanlı bildirib. O, sözlərinə belə davam edib:

"- Təbrizdə etirazların keçirildiyi bir neçə yerdə “terror aktı” hazırlığının qarşısı alınıb, terrorçular saxlanılıb;

- Kürdüstan əyalətində ABŞ istehsalı olan 65 avtomatın “ələ keçirilib”.

Etirazların keçirildiyi müxtəlif şəhərlər haqda belə iddialar ortaya atılır. Rejim bununla etirazı xarici qüvvələrə bağlamaq və güc yolu ilə yatırmağa zəmin hazırlayır, istisna deyil ki, aksiyalarda “bombalar da partladılsın”.

O da istisna deyil ki, İranın iddia etdiyi “terrorçuları” bağlayacağı ölkələrdən biri Azərbaycan olsun. Xudafərin sərhəd zolağında “iki terrorçunun saxlanıldığı” iddiası belə zəminin hazırlandığını deməyə əsas verir. Və bununla həm etirazlara qarşı əməliyyatını həyata keçirməyə, həm də “bölgədə terrorçu qruplaşmalar var” iddiası ilə sərhəd dəyişikliyinə müdaxiləyə bəhanə yaradır".

Ekspert Bakılnın da bu məslədəki mövqeyinbdən danışıb:

"Bu ssenariyə qarşı indidən addımlar atılmalıdır. Misal üçün, rəsmi Bakı Xudafərin sərhəd zolağında saxlanıldığı deyilən “iki terrorçu” haqda iddianın əsasını Tehrandan tələb edə, məsələyə aydınlıq gətirə bilər".