SENSASİYA: Azərbaycanda bu deputatların dairələri LƏĞV EDİLİR

REAL Partiyasının sədri İlqar Məmmədov özünün sosial media hesabında Azərbaycanda bir sıra seçki dairələrinin ləğv olunacağını və yenilərinin yaradılacağını bildirib. 

AZSABAH.COM xəbər verir ki, partiya sədri ləğv ediləcək 3 seçki dairəsinin adını açıqlayıb. 

Onun sözlərinə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi (bu dairədən Əli Məsimli deputat seçilib) 76 saylı Lənkəran-Astara seçki dairəsi (bu dairənin deputatı Ziyafət Əsgərovdur) və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi (Fəzail İbrahimli) ləğv ediləcək. Partiya sədri iddia edib ki, Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq. 

"Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi", - o vurğulayıb. 

REAL sədri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının doğru olduğunu bildirib. 

Məsələ ilə bağlı MSK ilə əlaqə yaratmaq mümkün olmayıb.