Səhiyyə naziri İŞDƏN ÇIXARILDI - SƏRƏNCAM

06.05.2020 12:34
10429

Tacikistanın səhiyyə naziri Nasim Olimzoda istefaya göndərlib. 


AzSABAH.COM modern.az-a istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Emomali Rahmon müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Jamoliddin Abdullozoda yeni səhiyyə nazir təyin olunub.

Qeyd edək ki, beş gün öncəyə kimi Tacikistanda koronavirusa yoluxma hallarının olmadığı bildirilirdi.

Artıq ölkədə 300 yaxın yoluxma halı qeydə alınıb, onlardan 5-i vəfat edib.

Loading...

close
close