Şəhid hesab olunan əsgərimiz SAĞ ÇIXDI - FOTO

26.11.2020 16:52
22121

Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.

AZSABAH.COM Sonxeber.az-a istinadən xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur. O, Murovda ermənilərin müşahidə postunu dağıdaraq, Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.

Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər puskuya salsa da, o, puskudan çıxmağı bacarmışdı.

Böyük şücaət göstərən əsgərmiz hazırda sağalmaq üzrədir.

ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI - FOTO


Loading...