“Səhər verilişi aparır, 10 min alır”- Nadir görün kimi İFŞA ETDİ

19.03.2024 21:54
775
65f9d17bea8fe202403245507
"Aparıcılar var ki, zamanında daha nümunəvi, mədəni verilişlər aparıblar. Amma baxan olmayıb, maaşları da az olub".


Azsabah.com olay-a istinadən bildirir ki, bu sözləri instaqramda paylaşdığı videoda müğənni Nadir Qafarzadə deyib. O iddia edib ki, səhər verilişi aparan aparıcılardan biri külli miqdarda maaş alır:


"İndi adam tanıyıram ki, səhər verilişi aparır. 10 min manat maaş alır, hələ sponsorlardan faizlər də qazanır. Reytinqlərdə də birinci yerdədir. Verilişinə də ən çox "qıjı"lar gəlir. Əcəb edir, camaat pul qazanmalıdır. Deməli, siz ona baxırsınız. Heç görmədim ki, Mədəniyyət kanalında, ya da digər kanallarda normal verilişə milyonlarla baxış gəlsin, reytinqə düşsün. Günahkar özümüzük, heç kimi günahkar etməyək. İçimizdə "qıjılıq", "zövzqsüzlük" var".